NATO Rusiyaya təzyiqi artırır

ABŞ prezidenti Barak Obama və NATO baş katibi Anders Foq Rasmussen Vaşinqtonda keçirdikləri görüş zamanı, Rusiyaya qarşı yönəlmiş sanksiyaları və silahlı separatçı dəstələrə dəstək verdiyi müddətdə bu sanksiyaların davamı məsələsini müzakirə ediblər. 
 
Bu barədə Ağ ev nümayəndəsi Coş Ernest xəbər verib. Onlar, “Avropa təhlükəsizliyi baxımından Rusiya aqressiyasının nəticələri” haqqında söhbət aparıblar deyə sözçü bildirib. 
 
Coş Ernest bildirib ki, söhbət zamanı xüsusən Rusiyaya yaxın NATO üzv ölkələrin müdafiə dəstəyinin güclənməsi, eləcə də müdafiə xərclərinin artırılmasınını vacibliyini qeyd ediblər. 
 
Qeyd edək ki, görüşdə Əfqanıstandakı vəziyyət də müzakirə olunub.

Google+ WhatsApp ok.ru