Navalnıy həbsdən çıxan kimi yenə tutuldu

Navalnıy həbsdən çıxan kimi yenə tutuldu

Rusiya müxalifətinin lideri Aleksey Navalnıy 30 günlük həbsdən çıxan kimi yenidən saxlanılıb.
 
Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Navalnıyın siyasəti fəaliyyətini davam etdirən Leonid Volkov məlumat verib.
 
Məlumata görə, müxalifət lideri aksiyaların birində bəzi şəxslərin yaralanmasında və əmlakların zərər görməsində ittiham edilərək saxlanılıb.
 
L.Volkov Navalnıyın daha 20 gün həbs cəzası ala biləcəyini bildirib.
 
Qeyd edək ki, o, yanvarda xalqı küçələrə səsləyərək pensiya yaşının yüksəldilməsinə etiraz etməyə çağırmışdı. Bu il ərzində iki dəfə 30 günlük həbs cəzasına məhkum edilib.
 

Google+ WhatsApp ok.ru