Naxçıvan-Məşhəd qatarı payızda istifadəyə verilecək

Naxçıvan-Məşhəd qatarı payızda istifadəyə verilecək

 
 Məşhəd-Bakı-Məşhəd və Şiraz-Bakı-Şiraz təyyarə reyslərinin açılması istiqamətində işlər yekunlaşmaq üzrədir.
 
Maide.Az xəbər verir ki, bunu İRNA informasiya agentliyinə müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.
 
Cari ilin payızında bu reyslərlə ilk azərbaycanlı turistlərin Məşhəd və Şiraz şəhərlərinə səfərləri təşkil olunacaq.  İlk dəfə olaraq Naxçıvan-Məşhəd qatarının da payız aylarında istifadəyə veriləcəyi gözlənilir.
 
M. Pakayin qeyd edib ki, hazırda Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi davam edir. Bu körpü hər iki ölkənin dəmir yolları sistemlərini birləşdirəcək və Şimal-Cənub nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edəcək.
 
Xatırladaq ki, bir müddət əvvəl Tehran-Bakı-Tehran təyyarə reysi istifadəyə verilib.  (apa) /

Google+ WhatsApp ok.ru