Naxçıvan-Məşhəd sərnişin qatarının ilk reysi Naxçıvandan yola düşüb-YENİLƏNİB (FOTO)

Naxçıvan-Məşhəd sərnişin qatarının ilk reysi Naxçıvandan yola düşüb-YENİLƏNİB (FOTO)

(son 3 abzas və fotolar əlavə olunub)
 
Bu gün Naxçıvan-Məşhəd sərnişin qatarının ilk reysi Naxçıvandan yola düşüb.  
 
Maide.Az xəbər verir ki, ilk reysin yola salınma mərasimində Azərbaycan və İran rəsmiləri və hər iki ölkənin jurnalistləri iştirak edib.                        
 
Naxçıvan şəhərinin dəmir yolu vağzalından saat 11 radələrində yola düşən qatar, ilk öncə Təbrizə və oradan da Məşhədə gedəcək.
                       
Maide.Az-ın məlumatına görə, Naxçıvan dəmir yolu vağzalında göstərilən qiymət cədvəli tablosunda sərnişin qatarı ilə Naxçıvandan Təbrizə 5 AZN və Naxçıvandan -Məşhədə 40 AZN qiymət  göstərilib. Lakin ötən gün bəzi KİV-lərdə marşrut üzrə bir tərəfə biletin qiyməti 40 İsveçrə frankı olduğu bildirilib. Onu da qeyd edək ki, bir İsveçrə frankı hazırda 1.71 AZN-dir. Bu isə o deməkdir ki, qatarda bir tərəfə biletin qiyməti 68.4 AZN-dir.
 
Üç vaqondan ibarət 158 yerlik qatar Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək.  Qatar həftənin bazar günü və cümə axşamı günü Naxçıvandan  - Məşhədə və həftənin bazar ertəsi və cümə günü isə Məşhəddən Naxçıvan istiqamətində hərəkət edəcək. 
Naxçıvandan Məşhədə 1585 kilometrdir ki, qatar  bu məsafəni 29 saata gedəcək. 
 
İclasda Rəşt – Astara dəmir yolu xətti ilə bağlı çox yaxşı müzakirələrimiz oldu, Azərbaycanda traktor istehsalı zavodunun tikintisi ilə bağlı razılıq əldə olundu. Bu sözləri Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi Maide.Az-a açıqlamasında Azərbaycan və İran arasında 11-ci birgə iqtisadi komissiyanın iclasının yekunları ilə bağlı danışarkən deyib. 
 
M.Vaezi deyib ki,  yaxın iki həftə ərzində Azərbaycanda dərman istehsal edəcək zavodun tikintisinin təməlqoyma mərasimi keçiriləcək. “İclasda həmçinin avtomobil istehsalı ilə bağlı danışıqlarımız oldu və işlər davam etdirilir. Azərbaycan İrandan dərman preparatlarının ixracı ilə bağlı razılıqlar əldə olundu”. 
                  
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru