Naxçıvan - Məşhəd qatarı 2018-ci ildən yenidən fəaliyyətə başlayacaq

Naxçıvan - Məşhəd qatarı 2018-ci ildən yenidən fəaliyyətə başlayacaq

-- Tehranda Azərbaycan və İran Dəmir Yolları üzər rəsmilərin görüşü olub

Naxçıvan - Məşhəd qatarı 2018-ci ilin əvvəlindən yenidən fəaliyyətə başlayacaq.
 
Maide.Az bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə,  bu, İran İslam Respublikasının Dəmir Yolları Təşkilatının mətbuat xidmətinın açıqlamasında bildirilir.
 
Məlumata görə, Məşhəd -Naxçıvan qatarının yenidən  fəaliyyəti üçün bu gün Tehranda İran Dəmir Yollar Təşkilatının  sərnişinlərə xidmət üzrə idarə rəhbəri  ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri arasında görüş keçirilib.
 
Görüşdə Naxçıvan -Məşhəd dəmir yolu sərnişin qatarında vaqonlarda  sərnişinlərə xidmət, məlumatların mübadiləsi və biletlərin  satışının təşkili kimi məsələlər müzakirə olunub.
 
Xatırladaq ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixindən etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.
 
Naxçıvan -Məşhəd dəmir yolu xəttinin uzunluğu Naxçıvandan İranın Culfa şəhərinə kimi 45 km, Culfadan Məşhəd şəhərinə kimi isə 1700 kilometrdir.  
 

 

Google+ WhatsApp ok.ru