Naxçıvan-İran sərnişin qatarı yenidən fəaliyyətə başlaya bilər

Naxçıvan-İran sərnişin qatarı yenidən fəaliyyətə başlaya bilər

Naxçıvan Muxtar Respublikası ilə İran arasında sərnişin qatarının tezliklə yenidən fəaliyyətə başlaması ilə bağlı müzakirə aparılır.
 
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami İranın şimal-qərbində Şərqi Azərbaycan vilayətində Təbriz-Səhənd avtomagistral yolunun istismara verilməsi ilə əlaqədar tədbirdə deyib.
 
M.Eslaminin sözlərinə görə, İran və Naxçıvan arasında dəmiryol xətti böyük əhəmiyyət kəsb edir.
 
O əlavə edib ki, Təbriz dəmiryolu xətti Avropa və Şimali Qafqazla əlaqə qurmaq üçün çox münasib yoldur:
 
“Son vaxtlar bununla əlaqədar İran, Azərbaycan və Rusiya arasında üçtərəfli anlaşma əldə olunub”.
 
Qeyd edək ki, Naxçıvan-İran sərnişin qatarları koronavirusla əlaqədar fəaliyyətini dayandırıb.
 

Google+ WhatsApp ok.ru