Naxçıvana İrandan tranzit gedən yük maşınları ilə bağlı güzəştli təkliflər paketi araşdırılacaq

Naxçıvana İrandan tranzit gedən yük maşınları ilə bağlı güzəştli təkliflər paketi araşdırılacaq

İranda səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İranın yol və şəhərsalma naziri Abbas Axundi ilə görüşüb.
 
Maide.Az bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlığın artırılmasının zərurəti vurğulanıb və  müştərək  layihələrin son durumu araşdırılıb. 
 
Müştərək əməkdaşlıqla iki ölkə arasında nəqliyyat və yük daşımaları sahəsində  problemlərin həlli, Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsi, iki ölənin magistral yollarında yük maşınlarının hərəkəti və tranzit yüklərin nəqli məsələsi  iki nazirin danışığının əsas predmetini təşkil edib.
 
Görüşdə iranlı nazir Abbas Axundi Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin təkmilləşmə prosesindən danışıb və qeyd edib ki, yaxın günlərdə Qəzvin-Rəşt dəmir yolu xəttinin rəsmi açılış mərasimi keçiriləcək.
 
Rəşt-Astara dəmir yolu xəttinin Azərbaycan tərəfindən 500 mln. dollar həcmində sərmayə qoyuluşunu və bu layihənin tez bir zamanda başa çatdırılmasının hər iki ölkə prezidentinin istəyi olduğunu vurğulayıb: “Azərbaycan tərəfindən istəyimiz budur ki, layihəni tezləşdirmək üçün əməliyyatçı bankı tez bir zamanda təqdim etsin”.
 
İranlı nazir Parsabad dəmir yolu layihəsini Azərbaycanlı həmkarına təqdim edib və bildirib ki, bu layihədə Astara-Astara dəmir yolu kimi önəmli layihədir və iki ölkənin iqtisadiyyatının inkişafına təkan verə bilər. O, iki ölkə arasında tranzit yüklərin daşınma həcmini artırmaq məqsədilə qarşılıqlı xərclər və taariflərin azaldılmasına hazır olduqlarını bildirib.
 
A.Axundi Azərbaycanın yardımı ilə şimal-cənub dəhlizinin aktivləşdirilməsində maraqlı olduğunu vurğulayıb və deyib ki, bu dəhlizin aktivləşdirilməsi üçün Hindistan və Rusiya ilə də müzakirələr aparmışıq. Azərbaycandan Naxçıvana İran ərazisindən tranzit gedən  yük maşınları ilə bağlı bildirib ki, İran iki ölkə arasında nəqliyyatın qarşılıqlı gediş-gəlişi üçün güzəştli təkliflər paketini araşdırmağa hazırdır. Azərbaycan bu məsələni araşdırmaq üçün işçi qrupu İrana göndərə bilər. O, İran yük maşınlarının Bakıda gömrükdə çəki və hündürlüyə görə məhdudiyyətlərlə üzləşdiyini deyib və bildirib ki, İran yük maşınları Bakı gömrüyündə çox gecikir və bu da yük maşını sahiblərinə əlavə xərclər yaradır.
 
Görüşdə R.Quluzadə Şimal-Cənub dəhlizi çərçivəsində iki ölkənin əməkdaşlığının önəmindən danışıb və bildirib ki, hazırda Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsi məsələsi üzərində iş gedir və tez bir zamanda öz həlini tapacağına ümid edilir.
 
Azərbaycan və İran arasında yük maşınlarının gediş-gəliş həcminin həddən artıq çox olduğunu vurğulayan R.Quluzadə mövcud problemlərin həlli üçün işlər görüləcəyini vurğulayıb. Nazir problem və maneələrin siyahısının hazırlanacağını və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim olunacağını əlavə edib.
 
Qeyd edək ki, R. Quluzadə ötən gün həmçinin İran prezident administrasiyasının rəhbəri  Mahmud Vaezi ilə görüşüb və iki ölkə arasındakı mövcud əlaqələrin inkişafı haqqında  danışıq aparıb.
 

Google+ WhatsApp ok.ru