Naxçıvanda İmam Xomeynin (rəh) vəfatının ildönümü münasibətilə konfrans keçiriləcək

Naxçıvanda İmam Xomeynin (rəh) vəfatının ildönümü münasibətilə konfrans keçiriləcək

Naxçıvanda İmam Xomeynin (rə) irfani, əxlaqi və tərbiyəvi xüsusiyyətlərini araşdırmaq məqsədilə  konfrans keçiriləcək. 
 
Maide.Az İranın "İqna" saytına istinadən xəbər verir ki, İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin (rəh) vəfatının 28-ci ildönümü münasibəti ilə keçirilən kofrans may ayının 25-də Naxçıvanın Təbriz hotelində təşkil olunacaq. 
 
Konfransda iranlı və naxçıvanlı elm adamlarının konfrans mövzusu ilə bağlı müxtəlif məqalələri müzakirəyə çıxarılacaq. Həmçinin konfrans çərçivəsində naxçıvanlı rəssam Eldar Zeynalovun İmam Xomeynidən (rəh) çəkdiyi rəsm əsərinin təqdimatı olacaq.
 
Konfrans İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzi və Naxçıvan Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti və bir sıra İran universitetlərinin birgə əməkdaşlığı ilə təşkil olunub.
 
Qeyd edək ki, 2017-ci il iyunun ayının 4-də İslam İnqilabının banisi İmam Xomeyninin (rəh) vəfatının 28-ci ildönümü günüdür. 
 
28 il bundan öncə vəfat etmiş İslam dünyasında ən nüfuzlu alimlərdən olan İmam Xomeyninin (rəh) dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsidir. 
 
1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvinin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisinin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni "Ginnesin Rekordlar Kitabı"na daxil olub.
 
Məlumat üçün bildirək ki, Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. İmam Xomeyni 1958-ci ildə zalım şah rejimi və Amerikanın İrandakı müdaxilələri əleyhinə ciddi şəkildə mübarizəyə başladı. 1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasında saxlanılır. 1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edildi. İmam Xomeyni bir müddət orada qaldıqdan sonra Türkiyədən İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirdi.
 
İmam Xomeyni (rəh) İraqda sürgündə olduğu on üç il ərzində çoxlu şagird yetişdirməkdən başqa, şah rejiminin pozğun mahiyyəti və Amerikanın İrandakı qanunsuz tamahkarlıqlarını ifşa etdi və aydınlaşdırıcı bildirişlər yayaraq, İslam İnqilabının zəfər çalmasına şərait yaratdı. 
 
İmam Xomeyni İraqdan Fransanın paytaxtı Parisə köçür. 1979-cu ildə şahın İrandan qaçmasından sonra Ayətullah Xomeyni İrana qayıdır. 1979-cu il 11 fevralda İmam Xomeyninin başçılığı ilə başlayan inqilab qələbə ilə sona çatır.
 
Bu il  İmam Xomeyninin (rəh) anım mərasimində iştirak etmək üçün İranın müxtəlif şəhərlərindən və digər ölkələrdən milyondan çox insanın iştrakı gözlənilir. /

Google+ WhatsApp ok.ru