Naxçıvanda oğlanlara daha çox Məhəmməd, Hüseyn, Əli adları verilir

Naxçıvanda oğlanlara daha çox Məhəmməd, Hüseyn, Əli adları verilir

Qızlara isə Zəhra, Nuray, Zeynəb, Xədicə, Leyla adları daha çox qoyulur
 
"Naxçıvan Muxtar Respublikasında 10 il bundan əvvəl uşaqlara ad qoyulmasında əcnəbi seriallardan təsirlənərək Avropa mənşəli, eləcə də Azərbaycan dilində olmasına baxmayaraq, heç bir məna kəsb etməyən, eyni zamanda tələffüzü sonradan uşaq üçün problem yaradan adlara rast gəlinirdi".
 
"Report" xəbər verir ki, bunu muxtar respublikanın Ədliyyə Nazirliyi bildirib. 
 
Nazirliyin məlumatına görə, son illərdə cəmiyyətimizdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, dövlətimiz tərəfindən milli və mənəvi dəyərlərə bağlılığı artıran mühüm tədbirlərin həyata keçirilməsi bu sahədə müsbət nəticələrin əldə olunmasına imkan verib: "Müasir dövrdə də bəzi hallarda münasib olmayan adlarla bağlı valideyn müraciətlərinə rast gəlinir, ancaq onlarla aparılan maarifləndirici söhbətlər sonda uşaqlarımızın gözəl adlarla adlandırılmasına gətirib çıxarır. 2016-cı ildə muxtar respublikada doğulan oğlan uşaqlarına Məhəmməd, Hüseyn, Əli, Murad, Uğur, Ayxan, Ümid, İbrahim, Nihad, Kənan, Həsən, Rəsul, Fərid, Babək, qız uşaqlarına isə daha çox Zəhra, Nuray, Zeynəb, Xədicə, Leyla, Səma, Fidan, Gülay, Günay, Aynur, Aysel, Ayşən, Sevil kimi adlar verilib". /

Google+ WhatsApp ok.ru