Naxçıvanda İranında istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı keçirilir

Naxçıvanda İranında istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı keçirilir

-- Sərgi martın 11-dək davam edəcək

Naxçıvan şəhərində İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətində istehsal edilən ərzaq məhsulları və əl işlərinin sərgi-satışının açılışı olub.
 
Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.
 
Maide.Az "Azərtac"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, sərginin açılışı münasibətilə onları təbrik edərək deyib: “Hər iki ölkə Prezidentinin siyasi əlaqələrin inkişafına göstərdiyi böyük diqqətin nəticəsidir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası, eləcə də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında iqtisadi əlaqələr genişlənib, müxtəlif sahələr üzrə ikitərəfli münasibətlər qurulub, gediş-gəliş artıb və insanlarımız daha da yaxınlaşıb”.
 
Qeyd olunub ki, son illər Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, birgə görüşlərin, biznes forumların və sərgi-satışların təşkili ənənə halını alıb. Bir neçə gün bundan əvvəl İranın Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində Naxçıvanda istehsal olunan məhsulların, bu gün isə Naxçıvan şəhərində İranda istehsal edilən ərzaq məhsulları və əl işlərinin sərgi-satışının təşkil olunması da ölkələrimiz arasındakı mövcud siyasi-iqtisadi əlaqələrin inkişafının daha bir göstəricisidir.
 
Ali Məclis Sədrinin birinci müavini sərginin təşkilatçılarına təşəkkürünü bildirib.
 
Tədbirdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom və Qərbi Azərbaycan Vilayəti valisinin müavini Əlirza Radfər çıxış edərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasındakı əlaqələrdən danışıb, ikitərəfli münasibətlərin getdikcə daha da genişləndirildiyini bildiriblər. Çıxış edənlər sərginin təşkilində göstərilən köməyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
 
Sonra sərginin açılışını bildirən lent kəsilib.
 
Martın 11-dək davam edəcək sərgiyə İranın Qərbi Azərbaycan Vilayətindən 17-yə yaxın şirkətin istehsal etdiyi məhsullar çıxarılıb.
 

Google+ WhatsApp ok.ru