Naxçıvanlı AXCP fəalına dəhşətli işgəncələr verilib

Naxçıvanlı AXCP fəalına dəhşətli işgəncələr verilib

Bu gün AXCP fəalı, siyasi məhbus Zeynalabdin Bağırzadənin qardaşı Yaşar Bağırsoy həbsxanada onunla görüşüb.
 
Maide.Az Azadliq.info-ya istinadən bildirir ki, Y. Bağırsoy qardaşına həbsxanada dəhşətli işgəncələr verildiyini və bunun mümkün qədər çox ictimailəşdiriməsini xahiş edib.
 
“Bağırzadəyə cəzaçəkmə müəssisəsində 10 gün işgəncə verilib. 21 fevralda Ali məhkəmədə kassasiya şikayətinə baxılarkən həmin vaxtı Bağırzadə tək kamerada saxlanılıb. İşgəncə planına Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Əli Rəhimov, cəzaçəkmə müəssisəsinin işçisi Vüsal Əhmədov və həbsxananın rəisi ədliyyə polkovnik-leytenantı Qəzənfər Mahmudov başçılıq edib.
 
Hesab edin ki, axşam saatlarında Naxçıvanda gecə 20 dərəcə soyuq hava şəraitində Bağırzadəni bir gecə yarıçılpaq qarın üstündə əlləri və ayaqları bağlı saxlayıblar. 4, 5 saatdan sonra Bağırzadə hüşunu itirəndən sonra aparıb atıblar tək kameraya ki, orda da istilik sıfırın altında. Ən acısı odur ki, Bağırzadənin bütün orqanizmi ona əziyyət versə də, Həbsxana rəisi Qəzənfər Mahmudov və Penitensiar xidmətin rəis müavini Əli Rəhimov tərəfindən müalicəsinə şərait yaradılmır. Bağırzadənin fikrindən anladım ki, ona ölümünə işgəncə veriblər. Sonda da Bağırzadə bildirdi ki, əgər ölüm halı olarsa, daha çox Əli Rəhimovdan şikayətçi olmaq lazmdır.
 
Hesab edirəm ki, Azərbaycanda və Naxçıvan MR-da aidiyyatlı dövlət orqanları bu məsələyə reaksiya verəcək”.

Google+ WhatsApp ok.ru