Naxçıvanlılara xaricdən pomidor və kartof idxalına qadağa

Naxçıvan sakinlərinə pomidor və kartof idxalı qadağan edilib. 
 
Maide.Az xəbər verir ki, bu barədə sakinlər Turan İnformasiya Agentliyinin yerli müxbirinə açıqlamalarında bildiriblər.
 
Naxçıvan Muxtar Respublikasında yerli əhali üçün Türkiyə və İrandan gətirilən  pomidor və kartof idxalına qadağa qoyulub. Səbəb kimi isə məhsulların yerli bazarlara monopolistlər tərəfindən gətirilməsi göstərilir. 
 
Nəticədə, pomidor və kartof Azərbaycan üzrə ən baha Naxçıvanda satılır. Belə ki, 1 kq. Pomidor 3-manata satışa çıxır.
 
Azərbaycan və NMR-in gömrük idarələrindən şərh almaq mümkün olmayıb. -85D-. (contact.az)⁠⁠⁠⁠  /

Google+ WhatsApp ok.ru