`Naxçıvan MR Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazırdır`

`Naxçıvan MR Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazırdır`

 
İran ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat, tibb, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlığı ötən iki ildə qarşılıqlı əlaqələrin əsas hissəsini özündə ehtiva edən önəmli sahələrdir.
 
Maide.Az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, bunu İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım bildirib.
 
Baş konsul Naxçıvan tərəfinin Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazır olduğunu qeyd edib. O əlavə edib ki, İran tərəfinin hazır olması ilə İran və Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq bu dəmir yolunun açılış mərasimi keçiriləcək.
 

 

Google+ WhatsApp ok.ru