Naxçıvanda marşrutlarda gediş haqqının artması ilə bağlı yayılan məlumat təsdiqləndi

Naxçıvanda marşrutlarda gediş haqqının artması ilə bağlı yayılan məlumat təsdiqləndi

Son günlər bəzi informasiya saytlarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasının ərazisində avtobusla sərnişindaşıma xidmətində gediş haqqının artımı ilə bağlı  informasiyalar yayılır.
 
Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyindən AZƏRTAC-a açıqlama verilib. Belə ki, yayılan məlumat təsdiqini tapıb.
 
Bildirilib ki, muxtar respublika ərazisində avtobusla sərnişin daşımada gediş haqqının 10 qəpik artırılması manatın devalvasiyası nəticəsində xarici ölkələrdən alınan ehtiyat hissələrində olan qiymət artımı ilə əlaqədardır.

Google+ WhatsApp ok.ru