Naxçıvanda İmam Hüseyn(ə) əzadarlıqlarına gedən şəxslər həbs olunur - 10 nəfər saxlanılıb

Naxçıvanda İmam Hüseyn(ə) əzadarlıqlarına gedən şəxslər həbs olunur - 10 nəfər saxlanılıb

Naxçıvanda İmam Hüseyn(ə.s) məclislərinin keçirilməsinə qarşı Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən təzyiqlər davam edir
 
"İslaminSesi" xəbər verir ki, Məhərrəm ayında keçirilən matəm məclislərinin qarşısını almaq üçün Muxtar Respublikanın güc strukturları tərəfindən həbslər başlanılıb.
 
Əsasən Naxçıvan şəhərində, Təzəkənd, Nehrəm, Culfa kəndlərində keçirilən məclislərdə iştirak edən insanlar polis və DTX əməkdaşları tərəfindən həbs olunurlar.
 
Həbs edilən şəxslərin adı: 
1. Namiq
2. Elvin
3. Əkrəm
4. Elçin
5. Mahmud
6. Akif
7. Aqil
8. Toğrul
9. İsmayıl
10. Nuru
 
Naxçıvan möminləri tərəfindən verilən məlumata görə, digər kəndlərdə də eyni hal yaşanır. Onlar məscidlərə edilən basqınlara və həbslərə son qoyulmasını tələb edirlər. (islaminsesi) 

Google+ WhatsApp ok.ru