Nazir: “Saxta subsidiya alanlar qarşı sərt cəzalar tətbiq ediləcək”

“Subsidiya alanların siyahısı Kənd Təsərrüfatı Nazirliyinin saytında rayon və kəndlər üzrə yerləşdirilib. Əgər kiminsə əkin sahəsi olmadığı halda ona subsidiya verilirsə bizim qaynar xəttimizə məlumat verin, tədbir görək”. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Gəncə Təchizat Bazasında fermerlərlə görüşündə bildirib.
 
Nazir qeyd edib ki, saxta subsidiya alanları müəyyənləşdirmək üçün subsidiyaların verilməsi mexanizmi ciddi nəzarət altındadır və bu məqsədlə yeni sayt yaradılıb. H. Əsədov əlavə edib ki, üç rayonda monitorinq tipli yoxlamalar keçirilib və bir neçə təsərrüfatlarda saxta subsidiya hallarına yol verildiyi aşkar edilib: “Monitorinqlər seçmə xarakter daşıyır. Narahatedici faktlar olduğu üçün hər üç fakt Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib”.

Google+ WhatsApp ok.ru