Nazir: “Son 5 ildə 1300 cinayətkar qrup zərərsizləşdirilib”

Nazir: “Son 5 ildə 1300 cinayətkar qrup zərərsizləşdirilib”

“Son 5 ildə cinayətlərin orta illik açılma faizi 83 faiz olub. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 1300 cinayətkar qrup zərərsizləşdirilib”.
 
Bunu "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.
 
Nazir bildirib ki, axtarışda olan 12 minə yaxın təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 3500 odlu silah yığılıb və bunların tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb: “Məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan cinayətlərin 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edir. Əldə etdiyimiz müsbət nəticələrdən biri də əhalinin 100 min nəfərinə nisbətdə həm ümumi cinayətlərin (255), həm də ayrı-ayrı növlərin, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların və digər hüquqazidd əməllərin sayının əksər Avropa dövlətləri ilə müqayisədə xeyli az olmasıdır”. /

Google+ WhatsApp ok.ru