Nazir: `Türkiyədə 133-ü general, 3-ü attaşe olmaqla 162 hərbçi fəraridir`

Nazir: `Türkiyədə 133-ü general, 3-ü attaşe olmaqla 162 hərbçi fəraridir`

 
Fikri Işık :Sentyabrın 15-dək Ankara və İstanbulda dislokasiya olunan hərbi hissələri köçürməyi planlaşdırırıq
 
 "Türkiyədə 133-ü general, 3-ü attaşe olmaqla 162 hərbçi fəraridir".
 
"Report" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri Işık "Haberturk" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrindən 3 185 nəfər xaric edilib: "Onların 151-i general və admiraldır. Ordudan həmçinin 265 pilot xaric olunub".
"Sentyabrın 15-dək Ankara və İstanbulda dislokasiya olunan hərbi hissələri köçürməyi planlaşdırırıq. Bəzi hərbi hissələr 10 gün, bəziləri 20 gün, bəziləri isə bir aya köçürüləcək. Onların əraziləri isə xalqın və ictimaiyyətin istifadəsinə veriləcək. "Akıncı" hərbi aviabazasının yerində Demokratiya parkının salınması nəzərdə tutulub", - deyə nazir söyləyib.
F.Işık iyulun 15-də dövlət çevirilişi ilə bağlı NATO-ya üzv ölkələrin məsələyə münasibətindən də danışıb: "NATO ilə Türkiyə arasında çətinlik yoxdur. Türkiyə NATO-nun üzvü və alyansda ikinci böyük orduya sahibdir. Üzvlüyündən irəli gələn hüquq və vəzifələrini yerinə yetirir. Problem iyulun 15-də yaranıb. Səni birləşdirən dəyər demokratiyadırsa, onu qorumaq və dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün küçələrə çıxan, 240 şəhid verən türk cəmiyyətini NATO-ya üzv ölkələrin hadisəyə münasibəti narazı salıb". /

Google+ WhatsApp ok.ru