Nazir: “Azərbaycan və İran əlaqələrində yeni səhifə açılıb”

Nazir: “Azərbaycan və İran əlaqələrində yeni səhifə açılıb”

“Azərbaycan və İran mədəniyyət sahəsindəki əlaqələrində yeni səhifə açılıb”.
 
Bunu İranın islami irşad və mədəniyyət naziri Rza Salehi Əmiri bildirib. Nazir deyib ki,  İranla  Azərbaycan arasında 756 kilometrlik sərhəd var. “Hər iki ölkənin xalqı və dövləti üçün həmrəylik vacibdir, ixtilaflardan ancaq düşmənlər faydalanır”.
 
Rza Əmiri Salehi deyib ki, mədəni əlaqələrin inkişafı üçün film dili, teatr dili, musiqi dili və şer dili yaradılmalıdır. “Bu gün regionda terrorizm mədəni yoxsulluq nəticəsində yaranıb. Mədəniyyətin inkişafına çalışmalıyıq. Terrorçunun özünün məhvindən daha önəmli olan terrorçuluq düşüncəsinin məhvidir. Bu sahədə hər iki ölkənin KİV-i və  ziyalılarının üzərinə böyük məsuliyyət düşür”. /
 

Google+ WhatsApp ok.ru