Nazirdən qrip və kəskin respirator virus infeksiyaları ilə bağlı xüsusi əmr 19 Oktyabr 2017 01:00 Sağlamlıq Səhiyyə naziri Oqtay Şirəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar səhiyyə, təhsil müəssisələrində qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin görülməsi üçün tapşırıqlar verib. Maide.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. A.Əliyeva bildirib ki, nazir 2017-2018-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə əmr imzalanıb. Əmrə əsasən, səhiyyə müəssisələrində, orta məktəblərdə, məktəbəqədər və digər təhsil müəssisələrində dezinfeksiya tədbirlərinin gücləndirilməsi nəzərdə tutulub. O əlavə edib ki, əmrdə əhali arasında maarifləndirmə işlərinin aparılması, dərman preparatları ilə təminat, laborator müayinələrin təşkili, səhiyyə və təhsil müəssisələrində müşahidə tədbirlərinin təşkili, xəstələrin aşkarlanması, onların vaxtında tibbi müşahidələrə və müalicəyə cəlb olunması və s. kimi məsələlərlə əlaqədar profilaktik və əks-epidemik tədbirlərin görülməsi öz əksini tapıb. Həmin əmrə əsasən, ölkədə bütün kompleks tədbirlər həyata keçirilir. Teqlər : #Nazirdən qrip və kəskin respirator virus infeksiyaları ilə bağlı xüsusi əmr, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaddaş zəifliyi olanlara HƏKİM MƏSLƏHƏTİ: “Telefon, kompüterdən uzaq olun” Səhiyyə Nazirliyi əhali arasında yayılan xəstəliklə bağlı açıqlama verdi
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir