Nazirlik: Bu il istehsalatda 42 bədbəxt hadisə baş verib

Nazirlik: Bu il istehsalatda 42 bədbəxt hadisə baş verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları” mövzularında tədbir keçirib.


Nazilrikdən "Report"a verilən məlumata görə, tədbirdə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2019-cu il üçün Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusunun “Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi” kimi müəyyən olunduğu vurğulanıb.

Bir sıra hallarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına biganə münasibət işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnən istehsalat qəzalarının baş verməsinə səbəb olur. Bildirilib ki, 2019-cu ilin birinci rübündə Azərbaycanda istehsalatla əlaqəli sayıln 42 bədbəxt hadisə baş verib. Bu hadisələr nəticəsində 8 nəfər ölüb, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılan təhqiqat işlərinin nəticələrinə uyğun tədbirlərin görülməsi təmin edilib.

 

Hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.

 

Tədbirdə qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə də məlumat verilib. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu vurğulanıb.

Google+ WhatsApp ok.ru