Nazirlik böyük təhlükə ilə bağlı həyəcan təbili ÇALDI

Nazirlik böyük təhlükə ilə bağlı həyəcan təbili ÇALDI

-- polietilen məhsullar...

“Azərbaycan polietilen məhsulların ətraf mühitə zərəri uzun illərdir hiss olunur. Zaman keçdikdə bu zərər daha da artır”.
 
Maide.Az "Publika.az"-a istinadən xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov bu gün keçirilən mətbuat konfransında deyib.
 
A.Zeynalov vurğulayıb ki, artıq bu zərər təhlükəli həddə çatmaqdadır:
 
“Bakının mərkəzində insanlar zibili yerə atmaq istəmir, amma kənara çıxdıqca bu problem yaranır. Polietilen məhsulları təbiət və ətraf mühit üçün təhlükəlidir və bu zərər hər gün bir az da artır. Artıq həyəcan təbili çalmaq lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi illərdir bu istiqamətdə çalışır. Lakin digər qurumlar da bu məsələyə dəstək verməlidir”.
 
A.Zeynalov qeyd edib bu məhsulların təbiətə zərərini azaltmaq üçün xarici ölkələrin təcrübəsi öyrənilir:
 
“Bəzi ölkələr bu məhsullardan istifadəni qadağan edib, bəziləri məhdudlaşdırıb. Azərbaycan üçün isə ən optimal variant seçiləcək”.
 
Sektor müdirinin qeyd edib ki, plastik qabların çeşidlənməməsinə görə hazırda heç bir cərimə yoxdur: “Ola bilər ki, gələcəkdə plastik qabların çeşidlənməməsinə görə cərimələr barədə təklif verilsin”.
 

Google+ WhatsApp ok.ru