Nazirlikdən əməliyyat stolunda ölən 3 uşaq anasıyla bağlı - Açıqlama - Yenilənib

Nazirlikdən əməliyyat stolunda ölən 3 uşaq anasıyla bağlı - Açıqlama - Yenilənib

İlk xəbər 10:23-də yayıımlanıb

Səhiyyə Nazirliyi 5 saylı xəstəxanada “qrija” əməliyyatı zamanı dünyasını dəyişən Vüsalə Məmmədova ilə bağlı açıqlama verib.
 
Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Cavid Xəliov “Qafqazinfo”ya deyib ki, Məmmədova Vüsalə Hümmət qızı dünən günorta saat 1 radələrində dünyasını dəyişib:
 
“Mərhumun ölüm səbəbi pataloji anatomiya ekspertizasından sonra məlum olacaq. Ekspertizanın nəticəsi iki həftə ərzində məlum olacaq. Ondan sonra mərhumun hansı səbəbdən dünyasını dəyişdiyi bəlli olacaq”.
 
Qeyd edək ki, mərhumun yaxınlarının criminal.az saytına verdiyi xəbərə görə, ölümə səbəb həkim səhlənkarlığıdır. Belə ki, iddiaya əsasən, həkim əməliyyat zamanı səhvən xəstənin damarını zədələyib. Nəticədə üç uşaq anası qanaxmadan dünyasını dəyişib. /

Google+ WhatsApp ok.ru