Nazirlikdən xəbərdarlıq - Çaylarda sululuq artacaq

Nazirlikdən xəbərdarlıq - Çaylarda sululuq artacaq

-- Daha çox artım Lənkəran-Astara çaylarında qeydə alınacaq

Ölkə ərazisindəki çaylarda sululuğun artacağı gözlənilir.
 
Maide.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
 
Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar əsasən, Böyük Qafqazın və Lənkəran-Astara zonasının çaylarında artım baş verəcək.
 
Daha çox artımın Lənkəran-Astara çaylarında qeydə alınacağının gözlənildiyini deyən A.Verdiyev bu artımın da qısamüddətli olacağını, subasmalara səbəb olmayacağını söyləyib.
 
Baş hidroloq qeyd edib ki, ümumiyyətlə, Lənkəran-Astara zonası çaylarında ən yüksək sululuq oktybar-noyabr aylarında müşahidə edilir.
 

Google+ WhatsApp ok.ru