Nazirlikdən xəbərdarlıq: Yollar buz bağlayacaq 17 Dekabr 2018 15:44 Ölkə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-dən dekabrın 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dekabrın 19-da gündüz yağışda fasilə olacaq. Azərbaycanın rayonlarında dekabrın 19-u axşam bəzi şərq rayonlarında, dekabrın 20-si axşam, dekabrın 21-də isə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var. Dağlıq rayonlarda yolların buz bağlama ehtimal olunur. /faktxeber / Teqlər : #Nazirlikdən,#xəbərdarlıq:,#Yollar,#buz,#bağlayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb Azərbaycanda nikaha girənlərin və boşananların sayı açıqlanıb