Nazirlik məktəblərdə hərbi kabinetləri yeniləyir

Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil müəssisələrində Gənclərin Çağırışaqədərki Hazırlığı fənni üzrə kabinetin müasir avadanlıqlarla təchizatı prosesi davam edir.
 
Maide.az Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, artıq 50 məktəbdə hərbi kabinetlər müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar, proqram təminatı və təlimatlarla təchiz olunub. Hər bir hərbi kabinetə AK tipli avtomatlar, “Glock” tipli tapanca, RQN-T markalı əl qumbarası, TM 62 markalı tank əleyhinə mina, TMN piyada əleyhinə mina, əleyhqaz və hərbi formalar, silah saxlamaq üçün seyf, İKT avadanlıqları verilib və elektron qurğular ümumilikdə proqram ilə təmin edilib.
 
Yeni tədris ilində digər məktəblərin də yeni hərbi təlim avadanlıqları ilə təchizatı üçün müvafiq istehsalçılarla danışıqlar aparılır. Hərbi kabinetlərin müasirləşdirilməsində əsas məqsəd məktəblilərin vətənpərvər ruhda tərbiyə alması və hərbi bacarıqlarının artırılmasından ibarətdir.

Google+ WhatsApp ok.ru