Nazirlik xəbərdarlıq edir: Hava kəskin soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində kəskin hava şəraiti ilə bağlı ilkin xəbərdarlıq yayıb.
 
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata əsasən, fevralın 20-də qərb rayonlarından başlayaraq 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. 
 
Fevralın 20-i gündüzdən fevralın 23-dək ayrı-ayrı yerlərdə arabir güclənən şimal-qərb küləyi əsəcək. Yollar buz bağlayacaq.
 
Bakı və Abşeron yarımadasında isə fevralın 20-i günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi, fasilələrlə yağıntılı olması, sulu qar və qar yağması gözlənilir. Fevralın 20-i axşam, fevralın 21-22-də havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır.
 
Fevralın 21-də şimal-qərb küləyinin güclü olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru