Nazirlik xəbərdarlıq edir: Bu mesajları açmayın!

Nazirlik xəbərdarlıq edir: Bu mesajları açmayın!

WhatsApp"-da sizə DSMF-ilə bağlı gələn mesajları açmayın, spamdır".
 
Maide.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.
 
Qeyd edək ki, dünən axşam saatlarında "WhatsApp" sosial şəbəkəsində "1990-cı ildən 2018-ci ilə qədər işləyən işçilər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüquqüna malikdirlər.
 
Adınızın bu müavinəti almaq haqqı olan şəxslərin siyahısında olub-olmadığını yoxlayın" mesajı yayılıb və link əlavə edilib.
 
Linkə daxil olan şəxlərin telefonuna virus proqramı yayılır və telefonun ana menyusunda bir sıra proqramlara zərər verir.
 
 
 
 

Google+ WhatsApp ok.ru