Nazirlik xəstə şagirdlərin dərsə məcburi şəkildə gətirilməməsi barədə tapşırıq verdi

Nazirlik xəstə şagirdlərin dərsə məcburi şəkildə gətirilməməsi barədə tapşırıq verdi

İlin bu mövsümündə hər zaman mövsümi xəstəliklər müşahidə edilib və bu, müəyyən mənada şagirdlərin dərsə davamiyyətinə təsir edirdi. İndi koronavirusla bağlı məlumatlar da müəyyən qədər bunun üstünə gəlib və bütün bunlar müəyyən qədər şagirdlərin dərsə davamiyyətinə təsir edib.
 
Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.
 
Onun sözlərinə görə, TN müəyyən simptomları olan şagirdlərin dərsə məcburi şəkildə gətirilməməsi barədə tapşırıq verib:
 
"Biz tapşırıq vermişik ki, onlar dərsə məcburi şəkildə gətirilməsin. Onların ambulator müalicə olması, müəyyən qədər kollektivdən təcrid olmasının vacibliyi mütləq şəkildə nəzərə alınır".
 
Təhsil müəssisələrində tədrisin dayandırılması səlahiyyətinin Nazirlər Kabinetinə məxsus olduğunu deyən F.Qədirov qeyd edib ki, təhsil müəssisələrindəki epidemioloji vəziyyətlə bağlı məlumatlar hər gün toplanaraq Nazirlər Kabineti yanında operariv qərargaha ötürülür.
 
F.Qədirov bildirib ki, zəruri olduqda istifadə edilə bilməsi üçün təhsil müəssəsilərindəki tibb otaqlarının lazımi ləvazimatlarla təmin edilməsinə nəzarətin artırılması tapşırılıb. Bütün təhsil müəssisələrində dezinfeksiyaedici və gigiyenik tədbilər gücləndirilib. Məktəblərdə soyuqdəymə, qrip əlamətləri olan şagirdlərin dərhal müəyyən edilərək ambulator müalicəyə cəlb edilməsi barədə tapşırıq verilib.
 

Google+ WhatsApp ok.ru