Nazir müavini: ‘Məktəblərin açılması real görünmür’

Nazir müavini: ‘Məktəblərin açılması real görünmür’

İndiki dövrdə ölkədə təhsil müəssisələrinin açılması barədə danışmaq tezdir.
 
Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.
 
Onun sözlərinə görə, təhsil sahəsi ən geniş əhatəli sahə olduğundan karantindən sonra təhsil müəssisələri yəqin ki, ilk açılan sahələrdən olmayacaq:
 
"Dərs ilinin sonuna qədər məktəblərin açılması yəqin ki, real görünmür. Məktəblərdə şagirdlər arasında sosial məsafənin saxlanılmasını təmin etmək çətin olacaq. Ona görə də yəqin ki, bu, real deyil. Əhali də buna çox anlayışlı qarşılamalıdır. Dərs ili ay yarımdan sonra yekunlaşır. Əslində, ümumtəhsil müəssələrində dərslər mayda bitir, iyunda isə şagirdlərin qiymətləndirilməsi aparılır. Hər bir vətəndaş dərslərin nə vaxt başlamasının tarixinin açıqlanmasını istəyir. Bu tarixi demək düzgün olmaz. Bu gün dərslərin başlamağını hamıdan çox biz arzulayırıq”.
 
M.Vəliyeva bildirib ki, dərs proqramları şagirdlərə çatdırılırsa, dərs ilinin uzadılmasına ehtiyac qalmır:
 
“Yəqin ki, dərs ili vaxtında yekunlaşacaq. Şagirdlərə tədris proqramlarını mənimsətmək üçün canlı olmasa da, virtual şəkildə dərslər keçirilir”.
 

Google+ WhatsApp ok.ru