Nazir müavini: `Müəllimin şagirdi vurması qəbuledilməzdir`

"Heç bir halda müəllim şagirdi vurmamalıdır. Bu, qəbuledilməzdir".

Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov müəllimlərin şagirdləri döyməsinə dair son zamanlar qeydə alınan bir neçə fakta münasibət bildirərkən deyib.

Nazir müavini deyib ki, hər bir müəllimin bilməli olduğu etik qaydalar var: " Müəllimin şagirdi vurması təbii ki, normal hesab olunmur. Bu qaydalar Təhsil Nazirliyi tərəfindən tətbiq edilir. Hər bir müəllim öz fəaliyyətində bunu olduğu kimi rəhbər tutmalıdır. Müəllimin şagirdi döyməsi hallarında məktəb rəhbərliyi tərəfindən, ehtiyac olan təqdirdə isə Təhsil Nazirliyi və aidiyyatı təhsil orqanları tərəfindən məsələ araşdırılır və müvafiq tədbirlər görülür ".

Google+ WhatsApp ok.ru