Nazir müavini işdən çıxarılıb

Səhiyyə nazirinin müavini Elsevər Ağayev tutduğu vəzifədən azad edilib.
 Məlumata görə,onun "MTN işi"nə bağlı olduğu təsdiqlənib və bu səbəbdən də nazirliyin də təftişi gözlənilir.
Məlumatda bildirilir ki, Elsevər Ağayev Eldar Mahmudovun əsas biznes-partyorlarından biri kimi diqqətə gəlib.
Mənbə qeyd edir ki, keçmiş MTN şefinin gizli dərman bazarında əsas dayağı hesab olunan Elsevər Ağayevin bu yöndəki fəaliyyəti araşdırılır və yaxın vaxtlarda onunla bağlı da konkret qərarlar verilə bilər. Hətta onun həbs oluna biləcəyi də deyilir.  Qaynar.info/ 

Google+ WhatsApp ok.ru