Nazir may ayında birdəfəlik ödənişin hansı şəkildə veriləcəyini AÇIQLADI

Nazir may ayında birdəfəlik ödənişin hansı şəkildə veriləcəyini AÇIQLADI

“İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəniş həyata keçirilib. Aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənilib. May ayı üzrə ödənişlə bağlı isə vətəndaşlar üçün bank kartları artıq sifariş verilib”.  

 
Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
 
S.Babayev qeyd edib ki, onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və vətəndaşlarımız kartları əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini ala biləcəklər.

Google+ WhatsApp ok.ru