İndi də qulaqdibi xəstəliyi yayılıb

İndi də qulaqdibi xəstəliyi yayılıb

2019-cu ilin ilk rübündə Qırğızıstanın Bişkek şəhərində 120 qulaqdibi xəstəliyi faktı qeydə alınıb.
 
Maide.Az "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki,  Bişkek Dövlət Sanitar-Epidemiologiya Mərkəzinin saytının məlumatına görə, epidemik qulaqdibi xəstəliyi daha çox peyvənd edilməmiş böyüklərdə müşahidə edilib.
 
Xəstəliyə yoluxanların (71,6 faizi) 86 nəfəri böyüklərdir.
 
Epidemik qulaqdibi insandan-insana danışıq, öskürək və asqırma zamanı hava-damcı yolu ilə yoluxur. Xəsətlik kəskin şəkildə başlayır. Xəstənin 5-7 gün müddətində 38-40 C hərarəti olur. Baş ağrıları, iştahsızlıq, zəiflik müşahidə edilir.
 
Xəsətlik zamanı tüpürcək vəzilərində şişlik meydana gəlir. Xəstəlik çox zaman yüngül keçsə də, onu zərərsiz infeksiyalara aid etmək olmaz.

Google+ WhatsApp ok.ru