İndiyə qədər 3 milyona qədər zəvvar Ərbəin ziyarətinə qatılıb FOTO

İraq Daxili İşlər Nazirliyi ölkəyə daxil Ərbəin zəvvarlarının sayı ilə bağlı rəsmi açıqlama yayıb.
 
Maide.az xəbər verir ki, 01 dekabr 2015-ci il tarixində günün son saatlarına qədər 3 milyona yaxın zəvvar İraq sərhədlərindən ölkəyə daxil olub. 
 
İraq Sərhəd Xidmətinin rəhbəri Sami Sudani isə bildirib ki, təkcə qonşu İrandan İraqa 2 milyona yaxın zəvvar daxil olub. S.Sudani qeyd edib ki, zəvvarların təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür. 
 
Qeyd edək ki, bu il Ərbəin zəvvarlarının izdihamını nəzərə alaraq mərasimlərin bir neçə gün davam edə biləcəyi qeyd olunur.  
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru