İndiyədək 162 min zəvvar piyada Məşhəd şəhərinə gəlib

İndiyədək 162 min zəvvar piyada Məşhəd şəhərinə gəlib

2 milyon yarımdan artıq zəvvar artıq Məşhəddə

İndiyədək 162 min zəvvar İranın müxtəlif şəhərlərindən Məşhəd şəhərinə piyada səfər edib.  
 
Maide.Az İRNA-a istinadla xəbər verir ki, bunu İmam Rzanın  (ə) piyada zəvvarlara xidmət üzrə cəmiyyətin sözçüsü  Hüseyn Rzayi deyib. 
 
O bildirib ki,  162 min zəvvarın 35 faizini qadınlar və 65 faizini isə kişilər təşkil edir.  “Onlar Nişapur, Sərəxs, Fəriman və Quçan istiqamətindən Məşhəd şəhərinə daxil olub.  Hazırda ölkənin müxtəlif əyalətlərindən 25 min  zəvvar Məşhəd istiqamətində piyada hərəkət edir və bu gün və ya sabah Məşhəd şəhərinə çatacaq”. 
 
H.Rzayi deyib ki,  piyada səfər edən zəvvarlara xidmət göstərmək üçün  Xorasan Rəzəvi əyalətində 319 xidmət dayanacağı quraşdırılıb.  “Burada zəvvarların istirahəti, müalicəsi, yeməyi və geyimlərinin yuyulması üçün şərait yaradılıb.  Məşhəd şəhərində 110 min piyada zəvvarın məskunlaşması üçün şərait yaradılıb. Hazırda bu yerlərin 60 faizi doludur.” 
 
Qeyd edək ki, ötən il  401 min zəvvar piyada Məşhəd şəhərinə səfər etmişdi. 
 
Tasnim agentliyinin məlumatına görə, Xorasan Rəzəvi əyalətinin zəvvarların rifahının təmini üzrə idarənin direktoru Mehdi Furuzan deyib ki,  indiyədək piyada, hava, dəmir yolu, avtobus və minik avtomobilləri vasitəsilə 2 milyon 643 min 660 zəvvar Məşhəd səfərinə səfər edib. 
 
Xatırladaq ki, hər il  29 səfər -  İmam Rzanın (ə) şəhadəti münasibətilə dünya ölkələrindən və İranın daxili bölgələrindən milyonlarla zəvvar matəm məclislərindədə iştirak etmək üçün müqəddəs Məşhəd şəhərinə axışır. 
 
İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhəd şəhərinə 3 milyondan artıq zəvvarın gəlməsi gözlənilir.

 

Google+ WhatsApp ok.ru