İndoneziyada 36 məhbus qadın həbsxanadan qaçıb

İndoneziyada 36 məhbus qadın həbsxanadan qaçıb

İndoneziyanın Mərkəzi Sulaves əyalətindəki həbsxanadan 36 məhbus qadın qaçıb.
 
Maide.Az “Report”a istinadla xəbər verir ki,  hadisə sentyabrın 30-da səhər saatlarında baş verib. 
 
Sulaves əyalətinin Siqi rayonunun Maku kəndində 103 məhbus qadının saxlanıldığı həbsxanada baş verən yanğından sonra 36 məhkum qaçıb. Onların tutulması üçün axtarış-əməliyyat tədbirləri keçirilir.
 
Yanğının səbəbi hələ ki məlum deyil.  
 

Google+ WhatsApp ok.ru