İndoneziyada ağır yol qəzası olub: 24 ölü, 13 yaralı

İndoneziyada ağır yol qəzası olub: 24 ölü, 13 yaralı

İndoneziyanın Cənubi Sumatra əyalətində sərnişin avtobusu dərəyə aşıb.
 
Qəza nəticəsində azı 24 nəfər həlak olub, 13 nəfər isə xəsarət alıb.
 
Bildirilir ki, xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
 
Məlumata əsasən, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
 
Qəzanın səbəbi barədə məlumat verilmir. /Trend
 

Google+ WhatsApp ok.ru