İndoneziyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb -YENİLƏNİB (FOTO )

İndoneziyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb -YENİLƏNİB (FOTO )

(İlk xəbər bu gün 09:53-də dərc olunub)
 
İndoneziyanın Sumatra adası yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb. 
 
Maide.Az xəbər verir ki, 6,4 bal gücündə yeraltı təkanlar, əsasən,  Açe əyalətinin Pidicaya rayonunda qeydə alınıb.  
 
Yüzlərlə insanın  dağıntılar altında qaldığı bildirilir.  Xeyli sayda insan yaralanıb. 
 
Hazırda ərazidə xilasetmə tədbirləri görülür. Mürəkkəb relyef xilasetmə əməliyyatının keçirilməsini çətinləşdirir.  
 
 Yerli məsul şəxslər  dağıntılar altından insanları xilasetmək üçün qazıntı aparan texnologiyaya ehtiyac olduğunu bildiriblər.
 
Məlumata görə, zəlzələnin episentri Pidicaya rayonunda cəmi 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ geniş miqyaslı dağıntılara səbəb olub və ölənlərin sayının artacağı ehtimal ounur. 
 
 

Google+ WhatsApp ok.ru