Kəramət ongünlüyü ərəfəsində Həzrət Məsumənin (s.ə) hərəmi bəzədildi - FOTO 10 İyun 2021 16:43 Xəbərlər “Əhli-Beytin (ə) kəriməsi” ləqəbi ilə məşhur olan İmam Musayi-Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısı Həzrət Məsumənin (s.ə) mübarək mövludu münasibətilə Xanımın Qum şəhərindəki mütəhhər hərəmində bayram hazırlıqları edilir. Maide.Az İQNA-a istinadən xəbər verir ki, Kəramət ongünlüyünün daxil olması münasibətilə Həzrət Məsumənin (s.ə) mütəhhər hərəminin bütün səhnləri, sütunlu dəhlizləri və eyvanları yaşıl rəngi mövlud bayraqları ilə bəzədilib. Hərəmin həyətlərində rəngli işıqlar yerləşdirilib. Qeyd edək ki, Kəramət ongünlüyü Əhli-Beytin (ə) səkkizinci nuru Həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 12 iyundan İmam Rzanın (ə) mövlud gününə - 22 iyuna kimi davam edir. Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır. Teqlər : #Kəramət,#ongünlüyü,#ərəfəsində,#Həzrət,#Məsumənin,#(s.ə),#hərəmi,#bəzədildi,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada işləyən uşaqların sayı 160 milyona çatıb Ağır vəziyyətdə olan qazimiz Şahhüseynov Zeynal Bakıya gətirilib