İndoneziyada gəmi qəzasında ölənlərin sayı artır

İndoneziyada gəmi qəzasında ölənlərin sayı artır

-- Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

İndoneziyanın Sumatra adasındakı Toba gölündə gəminin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, ölkənin Milli Axtarış və Xilasetmə İdarəsinin (BASARNAS) rəhbəri Muhammed Syauqi gəminin çevrilməsi nəticəsində itkin düşənlərdən 18 nəfərin xilas edildiyini, 4 nəfərin isə həlak olduğunu açıqlayıb. “KM Sinar Bangun” adlı 43 sərnişin tutumuna malik gəmidə 45 xilasedici jiletin olduğu bildirilib.
 
Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
 
İndoneziya Nəqliyyat Nazirliyi 400 nəfərlik heyətin cəlb olunduğu xilasetmə işlərinin ilk mərhələdə əlavə 7 gün davam etdiriləcəyini açıqlayıb.
 
Qəzanın başvermə səbəbi kimi əlverişsiz hava şəraiti və gəmiyə həddindən artıq sərnişinin minməsi göstərilib.
 

Google+ WhatsApp ok.ru