İndoneziyada güclü zəlzələ olub - Sunami təhlükəsi var

Noyabrın 15-də İndoneziyanın şərqindəki Molukka adalarında 7.3 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Maide.az xəbər verir ki, ABŞ geoloji xidmətinin məlumatına görə, zəlzələnin episentri dəniz səthindən 47 kilometr dərinlikdə, Ternate adasından 150 kilometr aralıda olub.
Sakit okean seysmoloji mərkəzi isə zəlzələ episentrinin 300 kilometr radiusunda güclü sunaminin gözləndiyi haqda xəbərdarlıq edib. 

Google+ WhatsApp ok.ru