İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyanın  Sumatra adasında Aceh əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
 
SalamNews xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, İndoneziya Milli Meteorologiya, Klimatoloji və Geofizika İdarəsinin məlumatına görə, zəlzələnin episentri Sabang şəhərindən 224 kilometr məsafədə yerləşib.
 
Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.
 
İlkin məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alan olmayıb.
 
Tsunami təhlükəsi elan edilməyib.

Google+ WhatsApp ok.ru