İndoneziyada göyərtəsində 189 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb

İndoneziyada göyərtəsində 189 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb

Bazar ertəsi səhər İndoneziyanın Yava adası sahillərində qəzaya uğramış "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində heyət üzvləri ilə birgə 189 nəfər olub.
 
Maide.Az "report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat verir.
 
Paytaxt Cakartadan Pankalpinanq şəhərinə gedən təyyarə uçduqdan 13 dəqiqə sonra radarlardan itib. Sonradan təyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub.
 
Artıq təyyarənin qəzaya uğradığı yer əraziyə göndərilmiş vertolyot və üç gəmi tərəfindən aşkar edilib.
 

Google+ WhatsApp ok.ru