İndoneziyada milli əlyazmalar sərgisi

İndoneziyada milli əlyazmalar sərgisi

İndoneziyanın paytaxtı Cakartada keçirilən Milli Əlyazmalar sərgisi böyük maraq doğurub.
 
Maide.Az xəbər verir ki, Mili kitabxanadakı Milli Əlyazmalar Festivalı çərçivəsində, 16-ci və 19-cu əsr arasında müxtəlif etnik dillərdə qələmə alınmış nadir əlyazmaları toplanıb. 
 
Milli kitabxana və informasiya mərkəzinin sədri Titiek Kismiyati bildirib ki, festival, milli və tarixi xəzinələrə sahib çıxılmaq və ölkə tarixinə marağın artırılması məqsədilə təşkil olunub. Bu sərgi ilə ölkəmizin tarixi əsərlərinin təqdimatını keçiririk.
 
Xalqın milli dəyərlərimizə maraq göstərməsi üçün bu sərgini digər tədbirlərlə birləşdirərək festivala çevirdik.
 
Sərgidə YUNESKO tərəfindən qeydiyyata alınan beş əlyazma da xüsusi bir kolleksiya kimi təqdim olunub.
 

Google+ WhatsApp ok.ru