İndoneziyada növbəti partlayış, 7 ölü

İndoneziyada növbəti partlayış, 7 ölü

-- polis məntəqəsinin qarşısında

İndoneziyanın sayca ikinci ən iri Surabaya şəhərində partlayış baş verib.
 
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, polis məntəqəsinin qarşısında minalanmış avtomobilin partlaması nəticəsdində azı 7 nəfər ölüb.
 
Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
 
Bu arada ölkənin Yava adasında yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 17, yaralıların sayı isə 45 nəfərə çatıb. Polisin verdiyi məlumata görə, terror aktını terrorçu kamikadzelər, üçü uşaq olmaqla bir ailənin 6 üzvü həyata keçirib.
 

Google+ WhatsApp ok.ru