İndoneziyada sel və torpaq sürüşməsi - 12 ölü, 8 itkin var

İndoneziyada sel və torpaq sürüşməsi - 12 ölü, 8 itkin var

İndoneziyada aramsız leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub.
 
Maide.Az “Qafqazinfo”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 12 nəfər ölüb, 8 nəfər isə itkin düşüb.
 
Ən çox fəsad paytaxt Cakarta və Benqkulu şəhərlərində yaşanıb. 184 ev və 4 məktəb uçub, çoxlu sayda yol və körpüyə isə ziyan dəyib.
 
Təhlükəli bölgələrdən 13 min nəfər təxliyyə edilib.
 
Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Google+ WhatsApp ok.ru