İndoneziyada tsunami nəticəsində 280-dan çox adam həyatını itirib

İndoneziyada tsunami nəticəsində 280-dan çox adam həyatını itirib

İndoneziyanın Sunda Boğazının sahil boyu ərazisində yerləşən yaşayış ərazilərinin güclü tsunamiyə məruz qalması nəticəsində, son məlumatlara görə, 280-dan çox insan həlak olub, 1000 nəfər yaralanıb, 57 nəfər isə itgin düşüb. 
 
Maide.Az BBC-ə istinadən xəbər verir ki, bunu Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqhoro bildirib.
 
Tsunaminin doğurduğu dalğalar sahilə gecə saatlarında çataraq, yüzlərlə binanın dağılmasına səbəb olub.
 
Rəsmilərə görə, tsunamiya səbəb Anak Krakatau vulkanının püskürməsi ola bilərdi.
 
Java və Sumatra adaları arasında yerləşən Sunda Boğazı Java dənizini Hind okeanı ilə bağlayır.

Bundan əlavə, 4,4 mindən artıq yerli sakin öz evini tərk etmək məvburiyyətində qalıb.

Rəsmi nümayəndə əlavə edib ki, sunami nəticəsində həmçinin 520-dən artıq ev tamamilə dağılıb.

Google+ WhatsApp ok.ru