İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-2

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-2

İndoneziyanın şərqindəki Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb.
 
Maide.Az “Report”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 300-dən çox insan yaralanıb.
 
 
08:45
 
İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələdə ölənlərin sayı durmadan artmaqdadır.
 
Maide.Az "AA"a istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.
 
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Reuters" məlumat yayıb.
 
Təbii fəlakət nəticəsində minlərlə yerli sakin və turist təxliyə edilib.
 
Nugroho bölgəsində 100-dən çox insan yaralanıb, 1000-dən çox evə ziyan dəyib.  Bölgədə xilasetmə işləri davam etdirirlir və  ölənlərin sayının artacağı bildirilir.
 
Qeyd edək ki, ötən həftə eyni bölgədə baş verən 6,4 gücündə zəlzələdə 16 adam həyatını itirib.

Google+ WhatsApp ok.ru