İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb- FOTO/YENİLƏNİB

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb- FOTO/YENİLƏNİB

İndoneziyanın Sulavesi adasında 6.2 bal gücündə zəlzələ olub, ölənlər var.
 
APA-nın “France 24”ə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində ən azı 34 nəfər ölüb.
 
“Ən son məlumata görə, Mamuju şəhərində 26 nəfər həyatını itirib”, - deyə fəlakətlərin təsirinin aradan qaldırılması üzrə yerli agentliyin rəhbəri Əli Rəhman bildirib. O, ölənlərin sayının artacağını istisna etməyib. Agentliyin rəhbəri meyitlərin çoxunun dağıntılar altında qaldığını qeyd edib.
 
Mamuju şəhərinin cənubunda isə ən azı 8 nəfər həlak olub. Bildirilib ki Mamuju şəhərinin xəstəxanası dağılıb, binalara ciddi zərər dəyib. Xilasedicilər dağıntıların altında qalan xəstələrin və tibbi heyətin axtarışlarını davam etdirir.
 
Şəhərdəki hava limanına da zərər dəydiyi bildirilib.
 
ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzindən bildirilib ki, zəlzələnin episentri Mamuju şəhərindən 36 km cənubda, 18 km dərinlikdə yerləşir.
 
***
İndoneziyada qeydə alınan 6,2 bal gücündə zəlzələ nəticəsində ən az 8 nəfər ölüb, 637 nəfər yaralanıb.
 
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. 
 
Fəlakət nəticəsində 60-dan çox bina dağılıb. Yeraltı təkanlar bir neçə torpaq sürüşməsinə də səbəb olub.
 
Zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərb məsafədə yerləşib. Təkanların ocağı 8 km dərinlikdə olub.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru